Basketbol millilərimiz Avropa çempionatının B divizionunda mübarizə aparacaq

Basketbol millilərimiz Avropa çempionatının B divizionunda mübarizə aparacaq

Azərbaycanın 16 və 18 yaşadək qız basketbolçulardan ibarət milli komandaları ilk dəfə olaraq Avropa çempionatının B divizionunda mübarizə aparacaq.
16 yaşadək komandaların mübarizə aparacağı B divizionunun matçları avqustun 20-29-u aralığında Türkiyənin İstanbul şəhərində keçiriləcək. Azərbaycan yığması B qrupunda İsveç, Niderland, Slovakiya və Lüksemburq millilərinə qarşı mübarizə aparacaq.
Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komanda qrupda ilk oyununu avqustun 20-də İsveçə qarşı keçirəcək.
18 yaşadək qız basketbolçularımızın da iştirak edəcəyi B divizionunun matçlarını iyulun 4-13-ü aralığında Litvanın Vilnüs və Alitus şəhərlərində təşkil olunacaq.  
Azərbaycan yığması C qrupunda Bosniya və Herseqovina, Kosovo, Ukrayna, İslandiya və Litva millilərinə qarşı mübarizə aparacaq.
Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millinin qrupdakı ilk oyunu iyulun 4-də Bosniya və Herseqovina yığmasına qarşı olacaq.