NBA klubu "Bruklin Nets"in üzvü D Anjelo Rasselin Çinə səfəri böyük izdihamla qarşılanıb.
Olimpnews.az xəbər verir ki, basketbolçunun Asiya səfərinin məqsədəsi yeni ayaqqabı brendinin təqdimatı ilə bağlı olub. O, bir həftə ərzində Kunminq, Pekin, Çanqsu və Honq Konqda olub. "NetsDaily"nin verdyi xəbər görə paytaxt Pekində D Anjeloya sual vermək, selfi çəkmək və avtoqraf almaq imkanı üçün azarkeşlər 2299 yuan (təxminən 320 dollar) ödəyiblər.