"Qara Ferrari"nin sahibi kim olub? -  FOTO

"Qara Ferrari"nin sahibi kim olub? -  FOTO

Klassik avtomobillərin bərpası və satışı ilə məşğul olan “Curated” şirkəti əfsanəvi basketbolçu Maykl Cordana məxsus olan qara rəngli "Ferrari 512 TR"ni üzə çıxarıb.

Olimpnews.az xəbər verir ki, 15 ildir ki diqqətlərdən kənarda qalan avtomobil hazırda İtaliyada bərpa olunur. Qeyd edilir ki, Cordan bu avtomobili 1992-ci ildə alıb, onunla Şərq Konfransının yarımfinalının 5-ci qarşılaşmasına yollanıb. 1995-ci ildə basketbolçu avtomobili “Xoşbəxtliyin arxasınca” filmindəki Uill Smitin personajının prototipinə çevrilmiş iş adamı, spiker Kris Qardnerə satıb. Spiker isə 2010-cu ildə "Ferrari"ni hərracda 100 min dollara satıb. Həmin vaxt adı məlum olmayan şəxs qara avtomobili qarajda saxlayıb. Şirkətdən verilən məlumata görə, "Ferrari 512 TR" bərpadan sonra yenidən satışa çıxarılacaq. Mütəxəssislər avtomobilə ən azı 250 min dollar qiymət qoyublar. 

Avtomobilin göstəricilərinə nəzər salsaq, görərir ki Cordanın keçmiş avtomobili 315 kVt (428 at gücü) hasil edən 4,9 litrlik "Tipo F113" mühərriklə təchiz edilib. Ona 100 km/saat həddi üçün 4,8 saniyə kifayət edir. Maksimal sürəti isə 313,8 km/saatdır. Ümumilikdə 1991-1994-cü illər arasında bu modelin 2261 avtomobili istehsal edilib.

"Qara Ferrari"nin sahibi kim olub? -  FOTO "Qara Ferrari"nin sahibi kim olub? -  FOTO