Yeniyetmə basketbolçularımız Avropa çemiponatının hazırlıqlarına başlayıblar

Yeniyetmə basketbolçularımız Avropa çemiponatının hazırlıqlarına başlayıblar

Azərbaycanın yeniyetmə oğlan və qız basketbolçulardan ibarət U-16 və U-18 milliləri Avropa çemiponatının hazırlıqlarına start veriblər.
Bu barədə Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 
Oğlanlardan ibarət U-18 millisinə Anar Sarıyev rəbərlik edir. Onun köməkçisi isə Polad Həsənovdur. Qızlardan ibarət U-18 millisi isə Evren Alkayanın rəhbərliyi altında hazırlaşır. Onun köməkçisi Aygün Eynullayevadır.
16 yaşadək oğlanlardan ibarət yığma Erhan Toker və köməkçiləri Anar Hacıyevlə Rüstəm Əliyevin rəhbərliyi altında hazırlıqlara start verib. 
16 yaşadək qızlardan ibarət yığma isə baş məşqçi postuna yeni təyin olunmuş Ferhat Akcan və onun köməkçisi Aygün Eynullayevanın rəhbərliyi altında hazırlıq keçəcək.