"Oklahoma City Thunder"ın basketbolçusu Luguentz Dort oyun zamanı səhvən hakimə zərbə endirib.
Olimpnews.az xəbər verir ki, hadisə NBA Qərb Konfransı finalının "Oklahoma" və "Minnesota Timberwolves" arasında keçirilən ikinci qarşılaşmasında (seriyada 118:103, 2:0) baş verib. Dort sıçrayış edərkən hakim Skott Fosteri vurub. Nəticədə, Fosterin burnunun qanamasına səbəbindən matç bir neçə dəqiqəlik dayanıb.
Məlumat üçün bildirək ki, komandalar arasında üçüncü oyun mayın 25-də Minneapolisdə təşkil ediləcək. Seriya dörd qələbəyə qədər davam edəcək.