U-16 oğlan millimiz Bursa təlim-məşq toplanışına start verib

 U-16 oğlan millimiz Bursa təlim-məşq toplanışına start verib

Mayın 25-də U-16 oğlan millimiz Türkiyənin Bursa şəhərində təlim-məşq toplanışının ilk mərhələsinə start verib. Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, millimiz təlim-məşq toplanışı çərçivəsində yerli Tofaş (U-16) klubu ilə hazırlıq oyununda öz gücünü sınaqdan keçirib. Hazırlıq oyununda Erhan Tokerin rəhbərlik ediyi millimiz rəqibinə 44-71 hesabı ilə  məğlub olub. Hazırlıq prosesində əsas məqsəd 5-13 iyul tarixlərində Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək Avropa çempionatı "C" divizionunun oyunlarına hazırlaşmaqdır.

Qeyd edək ki, təlim-məşq toplanışının ilk mərhələsi mayın 29-da yekunlaşacaq.