“Oklahoma-Siti” NBA finalına vəsiqə qazandı

“Oklahoma-Siti” NBA finalına vəsiqə qazandı

“Oklahoma-Siti” klubu Milli Basketbol Assosiasiyasının (NBA) finalına vəsiqə qazanıb. 
Olimpnews.az xəbər verir ki, doğma meydanda “Minnesota”nı 124:94 hesabı ilə üstəyən meydan sahibləri finalın ilk iştirakçısı olub.  
Qeyd edək ki, “Oklahoma-Siti” ümumi seriyada 4:1 hesabı ilə qalib gəlib. Yarış qaydalarına əsasən ilk dörd qələbə qazanan komanda finala vəsiqəniu təmin edir. “Oklahoma-Siti”nin həlledici mərhələdəki rəqibi “İndiana Peysers” və "Nyu-York Niks" komandalarının mübarizəsindən sonra müəyyənləşəcək.