Avroliqada ciddi dəyişikliklər baş verib 

Avroliqada ciddi dəyişikliklər baş verib 

Avropanın elit basketbol turniri hesab olunan Avroliqada növbəti mövsümdən etibarən komanda sayında dəyişiklik olacaq.

Olimpnews.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandaların sayı 18-dən 20-yə yüksələcək. Yeni mövsümdə Avroliqaya «Valensiya», «Hapoel Təl-Əviv» və «Dubay» komandaları qoşulacaq. Almaniyanın «Alba» komandası könüllü olaraq FIBA ​​Çempionlar Liqasına keçid edib. Qarşıdakı mövsümdə yarış formatı dəyişməz qalacaq. Yəni altı komanda birbaşa pley-offa, daha dörd komanda isə pley-off mərhələsinə çıxacaq. Mövsüm ərzində oyun sayı 34-dən 38-ə çatacaq. Gələn il “Dördlər finalı”na Belqrad şəhəri ev sahibliyi edəcək.