Xocalı faciəsi bölgələrdə anılıb

Xocalı faciəsi bölgələrdə anılıb

Zərdabda Xocalı faciəsi şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş idman növü üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib. 50 nəfərin iştirakı ilə keçirilən yarışda Bəsarət Orucov (25 kq), Şahmurad Xəlilzadə (30 kq), Elgiz Soltanov (40 kq), Zamiq Güləmirli (50kq), Samir Sərxanlı (55kq) və Nurlan Tanrıverdiyev (70 kq) birinci olublar.
*   *   *
Ağcabədi şəhərindəki şahmat məktəbində Xocalı faciəsi şəhidlərinin xatirəsinə həsr olunmuş respublika şahmat turniri keçirilir. Turnirin açılış mərasimində "Təhsil" Respublika İdman Mərkəzinin direktor müavini, Azərbaycan Şahmat Federasiyasının baş katibi İbrahim Məmmədov iştirak edib.
Turnirdə respublikanın 31 rayonundan 131 idmançı mübarizə aparır. Martın 3-dək davam edəcək yarışda qaliblərə kubok, medal və fəxri fərmanlar təqdim olunacaq.

*   *   *
Fevralın 20-24-də Balakəndə Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş şahmat üzrə rayon turniri keçirilib.
Rayon Gənclər evində 45 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi soyqırımı yeniyetmə və gənclərin yaddaşına həkk etdirmək, ən güclü idmançıları müəyyən etmək olub.
3 yaş qrupunun iştirak etdiyi yarışda qalib gələn idmançılar Gənclər və İdman idarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.
*   *   *
Fevral 21-27-də Astarada Xocalı soyqırımının 21-ci il dönümünə həsr olunmuş şahmat üzrə 1-11-ci sinif şagirdləri arasında rayon turniri keçirilib.Olimpiya sistemi üzrə keçirilən turnirdə rayonun ümumtəhsil məktəblərindən 51 idmançı iştirak edib.
Qaliblər Rayon Gənclər və İdman İdarəsinin,YAP Astara rayon təşkilatının, Rayon Təhsil Şöbəsinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.