Üçqat Olimpiya çempionu: "Amerika futbolu basketboldan da pisdir"

Üçqat Olimpiya çempionu: "Amerika futbolu basketboldan da pisdir"

10 dəfə NBA çempionu olan Karmelo Entoni idmançıların gərgin iş qrafiki ilə ailə arasında tarazlığın qorunmasının əsas olduğunu bildirib.

"Ailə hər bir idmançı üçün bir nömrəli problem olaraq qalır. Əgər idmançılar ailəsi ilə vaxt keçirməyi dayandırsalar, bu ciddi fəsadlara gətirib, çıxaracaq. Biz basketbolçular hələ yaxşıyıq. Amerika futbolu basketboldan da pisdir. Onlar bütün günü evdə tapılmırlar", - deyə Entoni sosial şəbəkə hesabında qeyd edib.
Məlumat üçün bildirək ki, Karmelo NBA karyerası ərzində "Denver Nuggets", "New York Knicks", "Oklahoma City Thunder", "Houston Rockets", "Portland Trail Blazers" və "Los Angeles Lakers kimi klublarda çıxış edib. O, ABŞ milli komandasının tərkibində üçqat Olimpiya (2008, 2012, 2016) çempionudur.