Pessimist azarkeşlərin siyahısı tərtib edilib

Pessimist azarkeşlərin siyahısı tərtib edilib

Şimali Amerikanın məşhur analitika mərkəzi “Vegas Insider” NBA komandaları arasında ən pessimist azarkeş kütlələrini müəyyən edən araşdırmanın nəticələrini dərc edib.

Mərkəzdən verilən məlumata görə, reytinqin zirvəsində "Dallas Maveriks"in azarkeşləri olub. Belə ki, onların sosial şəbəkələrdə şərhlərinin 32,41 faizi mənfi olub. İlk beşliyə həmçinin "Boston Celtics" (37,73), "Minnesota Timberwolves" (31,52), "Memphis Grizzlies" (30,94) və "Philadelphia 76ers" (30,64) azarkeşləri yer alıb.