Boks üzrə dörd çəki dərəcəsi üzrə dünya çempionu olan yaponiyalı Kosei Tanaka idmançı karyerasını başa vurur. O, bildirib ki, artıq səhhəti ilə əlaqədar çətinliklərlə üzləşib. "11 illik peşəkar karyeramı bitirməyin vaxtıdır. Gözlərim mənə çətinlik yaradır. Boyun hissədə yırtıq əməliyyatı oldu, lakin nəticədə gözlərim zəiflədi. Rahat yaşamaq istəyirəm", - deyə Tanaka sosial şəbəkə hesabında qeyd edib.
Məlumat üçün bildirək ki, 29 yaşlı boksçu peşəkar döyüşlərə 2013-cü başlayıb.