3x3 basketbol millimiz yarımfinalda 

3x3 basketbol millimiz yarımfinalda 

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa Kubokunun yarımfinalına yüksəlib.

Bu barədə Azərbaycan Basketbol Federasiyadan məlumat verilib.

Yığma turnirin təsnifat mərhələsinin qrup oyununda yerli Kosovo millisinə 22:10 hesabı ilə qalib gəlib. Yarımfinalda rəqib Malta olacaq.

Bu görüş iyunun 8-də, Bakı vaxtı ilə saat 20:40-da baş tutacaq.