“Düşündüm ki, bəli, geridönüş vaxtıdır" - Onil

“Düşündüm ki, bəli, geridönüş vaxtıdır" - Onil

Dünya basketbolunun əfsanəsi, dördqat NBA çempionu Şakil Onil karyerası ərzində oyunlardan qeydə alınan geridönüşlərdən danışıb.

Olimpnews.az xəbər verir ki, o, 1999/2000-ci il mövsümünün Qərb Konfransı finalının yeddinci oyununu xatırladıb.

Onlar “Los Anceles Leykers”lə “Portland Trail Blazers” arasında dördüncü periodda 15 xallıq geriliyi aradan qaldırıb. Bununla da onun komandası finala yüksəlib, mübarizənin sonunda qələbə onların tərəfində olub. “Həmin vaxt Fil Cekson taym-aut götürdü: "Yaxşı, uşaqlar, gəlin bu oyunu bitirək. Uşaqların hazır olduğunu görəndə düşündüm ki, bəli, geridönüş vaxtıdır", - deyə  Onil "The Richsen Show"da qonaq olarkən bildirib.