Niderlandın Eyndhoven şəhərində boks üzrə beynəlxalq turnir keçirilib.
Olimpnews.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, millimiz yarışı 3 medalla başa vurub.
Komandamızın heyətində Məhəmmədəli Aşurəliyev (60 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əli Abdullayev (65 kq) Eyndhoven kubokunu gümüş, Nəbi İsgəndərov (70 kq) isə bürünc medalla bitirib.