NBA ulduzu İngiltərədə klub səhmi alacaq

NBA ulduzu İngiltərədə klub səhmi alacaq

NBA-nın “Golden State Warriors” komandasının oyunçusu Cimmi Batler İngiltərənin “Kristal Pelas” futbol klubunun səhmlərinin 43 faizini almaq istəyir.  
Olimpnews.az “The Athletic”ə  istinadən xəbər verir ki, razılıq məbləği 200 milyon dollardır. Tərəflər ortaq məxrəcə gəlsə, "Kristal Pelas"ın dəyəri 465 milyon dolları ötəcək.
Qeyd edək ki, ötən mövsüm komanda  Premyer Liqada 12-ci yeri tutub. Ən əsası İngiltərə Kubokunu qazanaraq, UEFA Avropa Liqasına vəsiqə əldə edib.