İsrail Basketbol Liqası bölgədə vəziyyətin gərginləşməsi səbəbindən bəyanat yayıb. "Son hadisələri nəzərə alaraq, liqanın bu bazar gününə planlaşdırılan final seriyası təxirə salınır. Yekun qərar ən qısa zamanda ictimaiyyətə çatdırılacaq", - deyə təşkilatın açıqlamasında bildirilir. Qeyd edək ki, İsrail çempionatının final seriyasında "Hapoel Yerusəlim" və "Makkabi Tel-Əviv" komandaları üz-üzə gəlməli idilər. Tərfələr arasında qarşılaşır seriya fərqi bərabərdir -1-1.
Məlumat üçün bildirək ki, ölkənin silahlı qüvvələri İrana aviazərbələr endirib. Bu səbəbdən İsraildə fövqəladə vəziyyət elan edilib.