Əlbəyaxa döyüş növləri üzrə keçmiş dünya çempionu Paul Malignaggi növbəti görüşün əlcəksiz keçirəcək. Bununla bağlı o, BKB promouşunu ilə müqavilə imzalayıb. Həmin görüş sentyabrın 6-da keçiriləcək.
Qeyd edək ki, Malignaggi artıq 2019-cu ildə eyni qaydada döyüşüb və döyüş zamanı hər iki əlindən zədə alaraq, Artem Lobova xalla uduzub. Döyüşdən sonra Paul bir daha bu idmana qayıtmayacağını söyləmişdi.