Bir insanı tarixdən necə silmək olar?

Bir insanı tarixdən necə silmək olar?

Beynəlxalq Boks Şöhrət Zalının 62 yaşlı üzvü Evander Holifild özünü ağır çəkidə ən böyük boksçu hesab edir. "Mən 24 il ərzində ağır çəkidə dördqat dünya çempionu olan yeganə idmançıyam. Amma insanlar hələ də rekordunu qırdığım Məhəmməd Əlini ən böyük hesab edirlər. Kiminsə rekordunu qırana qədər bu barədə danışa bilməzsən. Amma mən qırmışam. Mənim haqqımda heç nə demirlər. Bir insanı tarixdən necə silmək olar? Usik bu yaxınlarda mənim uğurlarımı təkrarladı. Ağır və super ağır çəkidə mütləq çempion oldu. Hamı deyir ki, "Əli ən böyükdür". Xeyr, mən ən yaxşışıyam. O, superağır çəkidə üçqat, mən isə dördqat çempion olmuşam!” - deyə "SecondsOut" portalı Holifildin sözlərindən sitat gətirib.