Millimiz "Airom Cup"da növbəti qələbəsini qazanıb

Millimiz "Airom Cup"da növbəti qələbəsini qazanıb

Bu gün qızlardan ibarət U-16 millimizin Qazaxıstanın Atrau şəhərində təşkil olunmuş "Airom Cup" beynəlxalq turnirində növbəti oyunlar keçirilib.

Olimpnews.az xəbər verir ki, U-16 seçməmiz turnirdə 3-cü görüşünü Rusiyanın "MBU Volqoqrad" klubuna qarşı keçirib və 67:38 hesablı qələbəyə sevinib. Qızlarımız günün ikinci oyununda isə Qazaxıstan təmsilçisi "Aul Sport" klubu ilə qarşılaşıb. Görüş komandamızın 59:39 hesablı qələbəsi ilə başa çatıb. Bu qızlarımızın turnirdə "Aul Sport" klubu üzərində ikinci qələbəsi olub. Qeyd edək ki, bütün görüşlərini qələbə ilə tamamlamış qızlarımızın növbəti oyunları iyunun 25-də keçiriləcək.