Donçiç arıqlayıb

 Donçiç arıqlayıb

Kaliforniyanın "Los Angeles Lakers" klubunun 26 yaşlı yarımmüdafiəçisi sloveniyalı Luka Donçiç bu mövsüm ərzində ciddi pəhriz saxlayaraq, xeyli arıqlayıb.

Olimpnews.az xəbər verir ki, bu barədə  "Athletic"in köşə yazarı Den Vojk paylaşım edib.

Xatırladaq ki, Donçiç Milli Basketbol Assosiasiyasının (NBA) növbəti mövsümü öncəsi Sloveniya millisinin tərkibində basketbol üzrə Avropa çempionatında iştirak edəcək. Turnir avqustun 27-dən sentyabrın 14-dək Kipr, Finlandiya, Polşa və Latviyada keçiriləcək. Çempionatda 24 ölkənin yığma komandası iştirak edəcək.