Dördqat NBA çempionu Şakil ONil 77 yaşlı amerikalı aktyor və bodibilder Arnold Şvartseneggerdən sinə əzələsini böyütmək üçün kömək istəyib.
"Sizin kimi böyük bir sinəyə malik olmaq üçün mənə nə məsləhət görərdiniz? Çünki bu yay köynəyimi çıxarmaq istəyirəm", - deyə Şakil YouTube-da yayımlanan “The Big Podcast”ında Şvartseneggerdən soruşub.
Hollivud əfsanəsi basketbolçunun arzusunu yerinə yetirmək üçün məşq prosesində kömək edəcəyini söyləyib.