Niko Uilyamsın "Barselona"ya transferi alınmadı

Niko Uilyamsın "Barselona"ya transferi alınmadı

İspaniyalı futbolçu Niko Uilyamsın "Barselona" klubuna transferi baş tutmayıb.

Olimpnews.az Bilbao təmsilçisinin rəsmi saytına istinadən xəbər verir, buna səbəb 22 yaşlı futbolçunun “Atletik” klubu ilə müqaviləsini yeniləməsidir.

Yeni razılaşmaya əsasən Niko Uilyams Bask təmsilçisi ilə 2035-ci ilin yayına kimi nəzərdə tutulan 10 illik yeni müqavilə imzalayıb. Oyunçunun sərbəstqalma bəndində yer alan 58 milyon avroluq məbləğ isə 50 faiz artırılıb.

Futbolçu özü yeni müqaviləsini uzatması ilə bağlı bu sözləri deyib: "Qərar vermə mərhələsində mənim üçün ən vacib məsələ ürəyimi dinləmək idi. Mən olmaq istədiyim yerdəyəm, klubumla birlikdəyəm. Bura mənim evimdir”.

Qeyd edək ki, 2024-25 mövsümündə Bilbao formasıyla 45 rəsmi oyuna çıxan Niko Uilyams 11 qol vurub və 7 qol ötürməsi ilə yadda qalıb.