Basketbolçularımızdan möhtəşəm debüt və tarixi qələbə 

Basketbolçularımızdan möhtəşəm debüt və tarixi qələbə 

Basketbol üzrə qızlardan ibarət U-18 millimiz ilk dəfə iştirak etdiyi Avropa çempionatının B divizionunda uğurlu debüt edib. 
Olimpnews.az xəbər verir ki, millimiz ilk qrup oyununda Bosniya və Herseqovina yığması üzərində 83:81 hesablı qələbə qazanıb. Komandamız bununla da ölkə qadın basketbolu tarixində bir ilki reallaşdırıb. 
Qeyd edək ki, millimizin qrupda növbəti oyunu iyulun 5-də Bakı vaxtı ilə saat 21:30-da Ukrayna seçməsinə qarşı olacaq.