Sidney-2000 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı 45 yaşlı rusiyalı Kamil Camalutdinov Moskva bankomatlarından birində 100 min rubla yaxın pulunu unudub.
Olimpnews.az “Mash Sport” telegram kanalına istinadən xəbər verir ki, hadisə bu ilin iyununda paytaxtda baş verib. Camalutdinov adı açıqlanmayan bankın filiallarından birində bankomatdan pul çıxarmaq istəsə də, bu prosesdə fikrini yayındırıb və pulu unudub və ərazini tərk edib. Bunu görən naməlum şəxs nağd pulu götürüb, aradan çıxıb. Camalutdinov geri qayıdarkən pulu götürmədiyini anlayıb. O, pulu qaytarmaq üçün polisə müraciət edib. Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmalara başlayıblar.