“Feniks Suns”ın basketbolçusu Devin Buker klubla müqavilənin artırılması ilə bağlı razılığa gəliblər.
Olimpnews.az şimali amerikalı jurnalist və ESPN-in insayderi Şəms Çaraniyanın X sosial şəbəkəsindəki məlumatına istinadən xəbər verir ki, 28 yaşlı oyunçunun yeni müqaviləsi iki il müddətinə hesablanıb və 145 milyon dollar təşkil edir.
Qeyd edək ki, Buker bütün karyerasını “Feniks Suns”da keçirib.