Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.
Bu barədə Olimpnews.az-a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Komanda bu gün iki oyun keçirəcək. İlk qarşılşama Bakı vaxtı ilə saat 13:20-də "Tsukuba"ya (Yaponiya) qarşı olacaq. Komanda növbəti matçını 15:00-da İsveçrə təmsilçisi "Lozanna"ya qarşı keçirəcək.