Azərbaycan millisi Dünya Seriyasında ardıcıl iki qələbə qazanıb

Azərbaycan millisi Dünya Seriyasında ardıcıl iki qələbə qazanıb

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində ardıcıl iki qələbə qazanıb.

Yığmamız seçmə mərhələnin A qrupunda ilk olaraq "Tsukuba" (Yaponiya) komandasını 21:10 hesabı ilə üstələyib.

Milli ardınca İsveçrə təmsilçisi "Lozanna"ya şans verməyib - 21:11.

Beləliklə, komanda əsas mərhələnin C qrupunda Ukrayna və Sinqapurla üz-üzə gələcək. Oyunlar sabah keçiriləcək.