Basketbol əfsanəvi Kobe Brayantın imzası olan bir cüt "Adidas EQT Top 10" idman ayaqqabısı SCP hərracında böyük məbləğ müqabilində öz alıcısını tapıb.
Olimpnews.az xəbər verir ki, ESPN portalının verdiyi məlumata görə, beşqat NBA çempionunun bu ayaq geyimi 240 min dollara satılıb. Məlumatda bildirilir ki, Bryant 1997-ci il yanvarın 28-də "Los Anceles Lakers" - "Dallas Mavericks" qarşılaşmasında "Qara Mamba" ləqəbli basketbolçu ayaqqabıda çıxış edib. Bu Kobenin NBA-da "Lakers"ın start heyətinə salındığı ilk görüşü olub. Görüşdə o, 12 xal, üç ribaund və iki məhsuldar ötürmə edib.
Qarşılaşma “Leykers” 102:82 hesabı ilə qalibiyyəti ilə baş çatmışdı.
Qeyd edək ki, Kobe Brayant 2020-ci il yanvarın 27-də qızı ilə birlikdə vertolyot qəzasında həlak olub.