Olimpnews.az saytinin məlumatına görə buüünlərdə Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Mərkəzin əməkdaşları və məşqçi-müəllimlərin iştirakı ilə keçirilmiş mərasimdə mərkəzin direktoru Xəzər İsayev Azərbaycan xalqına başsağlığı verib və Xocalı soyqırımını Azərbaycanın tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edib. O, Azərbaycan xalqının 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmasından bəhs edərək, tarixi torpaqlarından qovulmuş qaçqınların, məcburi köçkünlərin taleyindən bəhs edib. Xəzər müəllim bu problemlərin dünya ictimaiyyətinə çatdırılmasında idmançıların rolundan danışıb. O deyib: "Ən azı öz tariximiz və Dağlıq Qarabağ ətrafında baş verən hadisələr haqqında dolğun informasiyaya malik olmalı və bu informasiyanı dünyaya çatdırmağı bacarmalıyıq ”. Tədbirdə çıxış edənlər Xocalı soyqırımı nəticəsində həlak olan soydaşlarımızı bir dəqiqəlik sükutla yad ediblər.