Boksçusumuz beynəlxalq turnirdə medalı təmin edib

Boksçusumuz beynəlxalq turnirdə medalı təmin edib

Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq kuboku” davam edir.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarışda artıq yarımfinalçıların adlarına aydınlıq gəlib.

Azərbaycan millisinin boksçusu Sübhan Babayev (60 kq) Simonas Puniskisin (Litva) ardınca 1/4 finalda almaniyalı Nur Zakaryeni də məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən Babayev bu mərhələdə Mattia Turrinlə (İtaliya) qarşılaşacaq.

Qeyd edək ki, yarışa avqustun 2-də yekun vurulacaq.