Keçmiş almaniyalı Formula 1 sürücüsü Ralf Şumaher növbəti dəfə "Aston Martin" komandasının kanadalı surücüsü Lans Strollu tənqid edib. "Lans Stroll təsnifat mərhələsində heç bir nəticə göstərmir. Həqiqət budur ki, o bu işin öhdəsindən gələ bilmir. Çempionluq arzusunda olan komandaya Stroll kimi pilot kömək edə bilməz. Bu mənim şəxsi fikrimdir”, - deyə ekspert və analitik Şumaher "Backstage Boxengasse" podkastında deyib.
Şumaher kanadalı pilotu yenidən tənqid edib
