"McLaren" yeni sponsor tapdı

"McLaren" yeni sponsor tapdı

Transmilli maliyyə korporasiyası hesab olunan "Mastercard" gələn ildən etibarən "McLaren" komandasının titul sponsoru olacaq. Olimpnews.az The Athletic saytına istinadən xəbər verir ki, növbəti mövsümdən komanda "McLaren Mastercard Formula 1 Team" adlanacaq.
Müqavilənin hər mövsüm üçün 100 milyon dollar dəyərində olduğu və 2030-cu ilin ortalarına qədər davam edəcəyi bildirilir. Qeyd olunur ki, bu baş sponsorluq baxımından Formula 1-də ən böyük, həm də komandanın tarixində ən böyük müqavilə olacaq.Maraqlıdır ki, McLaren 2013-cü ildən "Vodafone" mobil operatoru ilə müqaviləsi başa çatdıqdan sonra titul sponsorsuz qalıb.