Masallıda "Beynəlxalq Boks Günü" münasibəti ilə tədbir keçirilib

Masallıda "Beynəlxalq Boks Günü" münasibəti ilə tədbir keçirilib

Cənub bölgəsi "27 Avqust – Beynəlxalq Boks Günü” münasibətilə boks üzrə kütləvi açıq idman tədbiri ilə zəngin olub.
Olimpnews.az xəbər verir ki, Masallı Regional Boks Mərkəzində təşkil edilən kütləvi idman tədbiri isə uzun müddət idman həvəskarların yaddaşında qalacaq. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni oxunması, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladların əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanıb.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektor müdiri Sabiq Cahangirovun, Masallı Regional Boks Mərkəzinin direktoru Elnur Hacıyevin, Masallı Uşaq Gənclər İdman Məktəbinin boks bölməsinin müəllimləri və idmançıların, Boks üzrə Azərbaycanın Əməkdar məşqçi, SSRİ İdman ustası Həbib Mehdiyevin qatıldığı  tədbirdə cari ildə uğurlu nəticələrə görə boksçular Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Tədbirin sonunda isə Masallı Uşaq Gənclər İdman Məktəbinin boks bölməsinin müəllimləri və idmançıları nümunəvi çıxışlar göstəriblər.