Milli Basketbol Assosiasiyasının (NBA) 2026-cı ildə keçiriləcək Ulduzlar Oyununun ilkin formatı açıqlanıb.
Olimpnews.az xəbər verir ki, bu barədə şimali amerikalı jurnalist, ESPN-in insayderi Şəms Çaraniya məlumat verib. "Yarışda səkkiz oyunçudan ibarət üç komandanın iştirakı nəzərdə tutulub. İki ABŞ və bir dünya komandası öz bacarığını nümayiş etdirəcək, - deyə Çaraniya X sosial media səhifəsində qeyd edib.