FIBA prezidenti Xorxe Qarbaxosa "EuroBasket 2025"də hakimlərin çıxışını yüksək qiymətləndirib.
"Mən tamamilə dürüst olmalıyam və deməliyəm ki, onların işi ilə fəxr edirəm. Onlar çempionat boyu əla iş gördülər.
Təbii ki, heç kim mükəmməl deyil və hakimlər də səhv edə bilər. Oyunçular, məşqçilər, hətta mən də səhvlərdən sığortalı deyilik. Meydançada neçə kamera quraşdırıldığını bilmirəm, ona görə də oyunçular arasında hər bir əlaqə müxtəlif rakurslardan görünə bilər və bütün qərarlar əsaslandırıla bilər.
Düşünürəm ki, onlar matçlara nəzarət etmək üçün əla idarəçilik nümayiş etdirirlər. Onların prosesin ədalətli olmasına nəzarət etmək və qərar qəbul etmək bacarığı, fikrimcə, çox yüksək səviyyədədir”, - deyə “Basket News” portalı Qarbaxosadan sitat gətirib.
FİBA rəhbəri hakimləri tərifləyib
