“İdman hamı üçün” layihəsi çərçivəsində növbəti tədbir keçirilib 

“İdman hamı üçün” layihəsi çərçivəsində növbəti tədbir keçirilib 

Lerikdə Valeh Müslümov küçəsində yerləşən idman meydançasında “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib. 
Olimpnews.az xəbər verir ki, Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə müxtəlif yaş kateqoriyasından olan şəxslər idmanın gimnastika, futbol, voleybol, uzunluğa tullanma, tibbi topun atılması və kəndirlə mübarizə növləri üzrə yarışlarda öz güclərini göstəriblər. 
35 nəfər şəhər sakininin iştirak etdiyi kütləvi idman tədbirinin təşkilində məqsəd əhali arasında idmanın təbliği, idmana marağın artırılması, fiziki inkişafa, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli keçirilməsi olub.