Snoop Dogg bu dəfə Qış Olimpiya Oyunlarında görünəcək

Snoop Dogg bu dəfə Qış Olimpiya Oyunlarında görünəcək

Amerikalı reper Snoop Dogg fevralın 6-dan 22-dək İtaliyada keçiriləcək Qış Olimpiya Oyunları zamanı NBC və "Peacock" striminq xidməti üçün şərhçilik edəcək. Bu onun üçün ilk sınaq olmayacaq. Amerikalı reper Paris-2024 Yay Olimpiya Oyunları zamanı televiziyada işləyib. NBC telekanalının verdyi məlumata görə Snoop Dogg İtaliyanın görməli yerlərini gəzəcək, yarışlarda iştirak edərək, idmançılar, onların dostları və ailələri ilə ünsiyyətdə olacaq.