"Yaşıma şərab kimi yanaşıram"

"Yaşıma şərab kimi yanaşıram"

"Los Anceles Leykers" basketbolçusu LeBron Ceyms yaşından və ailəsindən danışaraq, özünü xoşbəxt hiss etdiyi qeyd edib. "Mən gənclərdən ibarət bir ailədə yaşayıram. Bütün günü evdə qaçan 10 yaşlı qızım var. Hər gün o, harasa qaçır və qayıdır. 18 yaşlı oğlum anası və bacısı ilə rəqs edir. 20 yaşlı oğlum Bronni də artıq böyüyüb. İndi siz deyin, özümü necə gənc hiss etməyə bilərəm? Mən gözəl görünürəm və yaşıma şərab kimi yanaşıram. Nə qədər yaşlaşsam da, bir o qədər dəyərliyəm. Gecələr də rahat yatıram”, - LeBron mətbuat konfransında deyib.
Qeyd edək ki, hazırda Ceymsin 40 yaşı var.