Gəncə İdman Sarayında III MDB Oyunaları çərçivəsində keçirilən qılıncoynatma yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, şpaqa növündə çıxış edən idmançımız Mirnuray Abasova yarımfinala vəsiqə qazanıb. Mübarizəyə 1/4 finaldan başlayan idmançımız rusiyalı Anastasiya İlyuşenkonı məğlub edərək ən azı bürünc medalını özü üçün təmin edib.
Təmsilçimiz finala vəsiqə uğrunda qarşılaşmada digər Rusiya təmsilçisi Anastasiya Zabelina ilə üz-üzə gələcək.
MDB Oyunları: Qılıncoynadanımız bürünc medalı təmin edib
