Fiqurlu konkisürənimiz Olimpiya rekordunu yeniləyib

Fiqurlu konkisürənimiz Olimpiya rekordunu yeniləyib

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən Arina Kaluqina son Olimpiya rekordunu yeniləyib.

Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

İdmançı buna Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında keçirilən "Denis Ten Memorial Challenger" seriyalı yarışda nail olub.

Fiqurlu konkisürən +2.91 xal toplayaraq "dördlü salxov" üzrə son Olimpiya rekordunu yeniləyib.

O, sərbəst proqram üzrə çıxışı zamanı sonuncu dəfə rekorda imza atan yaponiyalı Mao Şimadanı geridə qoyub.

Seriya yarışında Arina Kaluqina 13 ölkədən olan 20 idmançı arasında 167.24 xal toplayaraq bürünc medala sahib çıxıb.