ABŞ-ın 47-ci prezidenti Donald Tramp rəsmi iqamətgahı olan Ağ Evdə keçiriləcək UFC yarışını tarixini açıqlayıb.
"Gələn il iyunun 14-də Ağ Evin ərazisində böyük UFC döyüşü keçirəcəyik", - deyə Tramp ABŞ Hərbi Dəniz Qüvvələri Günü paradında çıxışı zamanı vurğulayıb.
Qeyd edək ki, Donald Tramp da elə həmin gün 80 illik yubileyini qeyd edəcək. Son məlumatlara görə, irlandiyalı Konor Makqreqor, amerikalı Con Cons, gürcüstanlı Merab Dvalişvili, gürcü əsilli ispaniyalı İlya Topuriya və bir sıra digər UFC döyüşçüləri bu tədbirdə yarışmaq istədiklərini bildiriblər.
Məlumat üçün bildirək ki, turnirin promo-prezidenti Dana Uayt tərəfindən şəxsən təşkil olunan liqanın heyəti 2026-cı ilin fevralında tərtib olunmağa başlayacaq.
Ağ Evdəki yarışın vaxtı müəyyənləşib
