Fransalı idman jurnalisti və şərhçisi Guillaume di Grazia Lanqlade kəndində ənənəvi festival zamanı atla toqquşaraq, həlak olub. Bu barədə oktyabrın 8-də RMC Sport məlumat yayıb. Yerli Provans adətinə görə, öküzlərin arenadan otlağa qaytarılması kəndin küçələri ilə səhnələşdirilir. Tədbirdə 4 at və 24 öküz komandası iştirak edir. Şərhçi öküzlərdən yayınmağı bacarsa da, gözlənilmədən at onu vurub. 52 yaşlı Di Grazia ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, iki gün sonra dünyasını dəyişib. Jandarma qəza ilə bağlı araşdırmalara başlayıb.
Atla toqquşan fransalı idman jurnalisti həlak olub
 
             
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
         
                         
                         
                         
                         
                         
                         
                         
                        


 
                        jpeg-1761331217.jpeg) 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        