Fevralın 22-dən 23-dək kyokuşinkay kontakt karate növü üzrə uşaqlar və yeniyetmələr arasında respublika birinciliyi keçirilib. Yarışda 110 idmançı qüvvəsini sınayıb. 2006-2007-ci il təvəllüdlü idmançılar arasında Emin Zeynalov (20 kq), Nuran İbrahimli (25 kq) birinci yerə layiq görülüblər. Məftun Tabdıqov, Əli Ağayev, Vüsal Murquzov 2004-2005-ci il təvəllüdlü idmançılar arasında bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün birinci pilləsində qərarlaşıblar. 30 kq çəki dərəcəsində mübarizə aparan Əliağa Babayev və 35 kq-da çıxış edən Müslüm Hüseynov (hər ikisi 2002-2003-cü il təvəllüdlü) qızıl medal qazanıb. 2000-2001-ci il təvəllüdlü idmançıların yarışında isə Xəyyam Yusifli, Elnur Soltanov və Güloğlan Salayev birinci yeri tutublar. Nuru Mahmudov (50 kq) və İsa Əliyevdə
(55 kq) qızıl medala sahib çıxıblar (1998-1999).