Cəlilabadda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə basketbol idman növü üzrə rayon turniri keçirilib.
Olimpnews.az xəbər verir ki, şəhər 2 saylı tam orta məktəbin idman zalında təşkil olunan turnirdə iştirak edən 4 komanda çox maraqlı oyun nümayiş etdirib.
Qələbə uğrunda gərgin mübarizədə birinci, ikinci və üçüncü yerləri tutan komandalar turnirin təşkilatçısı olan Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin tərəfindən kubok, diplom və medallarla təltif olunublar.
Cəlilabadda basketbol turniri keçirilib
