Sərbəst güləşçilər Masallıda rayon turnirində bir araya gəliblər

Sərbəst güləşçilər Masallıda rayon turnirində bir araya gəliblər

Masallıda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 18 Oktyabr–Müstəqilliyin Bərpası Günü ilə əlaqədar yeniyetmələr arasında sərbəst güləş üzrə rayon turniri keçirilib. 
Olimpnews.az xəbər verir ki, rayonun "Cəngavər" idman zalında təşkil oluna yarışda idmançılar 10 çəki dərəcəsi üzrə mübarizə aparıblar. Turnirin  təşkilində  əsas məqsəd yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması, həmçinin rayon üzrə istedadlı idmançıların aşkar olunması və onların gələcəkdə daha yüksək səviyyəli yarışlara hazırlanması olub.
Qalib gələn idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif ediliblər.