Bakı-2015 birinci Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə edilib
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) üzvləri 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları təşkilat komitəsinin doqquz növ üzrə yarış meneceri İris Vlahovtsikov ilə görüşüblər. Görüşdə AMKF-nin prezidenti Yaşar Bəşirov qonağa Azərbaycan karatesinin beynəlxalq uğurları ilə bağlı ətraflı məlumat verib. O, Dünya Karate Federasiyası (WKF) və Avropa Karate Federasiyasının (EKF) prezidenti Antonio Espinosun 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı artıq iki dəfə ölkəmizə səfər etdiyini və carı ilin aprel ayında WKF-nin təşkilat komitəsinin sədri K.Esteban və EKF-nin baş katibi S.Selan ilə birgə növbəti səfərin olacağını bildirib.
İ. Vlahovtsikov və federasiya rəhbərliyi qarşıdakı mötəbər yarışla bağlı müxtəlif sahələrdə müzakirələr aparıblar.
Qeyd edək ki, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarında karate yarışları iyunun 13-14-də "Baku Crystall Hall” idman-konsert kompleksində keçiriləcək.