İslamiada: Muaytayçılarımız Oyunları 3 medalla başa vurdular

İslamiada: Muaytayçılarımız Oyunları 3 medalla başa vurdular

Olimpizm xəbərləri

14.11.2025, 22:02

VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən muaytay yarışlarına yekun vurulub.  Olimpnews.az xəbər verir ki, muaytay yarışlarının son günündə təmsilçimiz Xəyal Əliyev 60-65 kq çəki dərəcəsində finalda mərakeşli Hamza Raşidlə üz-üzə gəlib. Həlledici görüşdə rəqibinə məğlub olan idmançımız VI İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb. Qeyd edək ki, təmsilçilərimizdən 50-55 kq çəki dərəcəsində Əli Əliyev və 65-70 kq çəki dərəcəsində Səlahəddin Qocazadə Oyunların bürünc medallarına sahib çıxıblar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR