İngiltərənin "Tottenhem" klubunun əfsanəsi Son Heung-Min MLS-ə transferindən sonra ilk dəfə olaraq Londona dönüb.
Olimpnews.az xəbər verir ki, o, "Tottenham Hotspur" stadionunun yaxınlığında yeni divar rəsminin açılışında iştirak edib. 33 yaşlı futbolçu "Slavia Praqa" ilə Çempionlar Liqası oyunu öncəsi azarkeşlərlə görüşüb. “Ümid edirəm ki, məni unutmamısınız. Bu 10 il möhtəşəm və inanılmaz keçdi. Sadəcə təşəkkür etmək istəyirəm. Hər zaman "Tottenhem" klubunun bir parçası olacağam və həmişə sizinlə olacağam. Bura həmişə mənim evim olacaq. Sizi heç vaxt unutmayacağam", - deyə cənubi koreyalı futbolçu qeyd edib.


