Bu gün qadın voleybolçular arasında Yüksək Liqada VI turun daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, günün ikinci oyununda “Gənclər” klubu UNEC-i qəbul edib. Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilən oyun qonaqların qələbəsi ilə yekunlaşıb -0:3 (6:25, 14:25, 10:25)
Xatırladaq ki, günün ilk oyununda “Turan” "Aviasiya Akademiyası”nı 3:0 hesabı ilə məğlub edib.


